UEFA "Qarabağ" və "Qəbələ"nin hesabına pul köçürdü

17:33 27 Oktyabr 2017

UEFA ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ”la “Qəbələ”yə növbəti dəfə ödəniş edib.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, 2016/17 mövsümündə turnirdə əldə olunan əlavə gəlirdən hər iki təmsilçimizə pay düşüb. “Qarabağ” 294 min 452, “Qəbələ” isə 294 min 344 avro əldə edib.

Həmin məbləğ AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.


Xəbər xətti