Rüfət Dadaşovdan növbəti qol

10:30 28 Oktyabr 2017

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Sportarena.az xəbər verir ki, Berlin təmsilçisi 13-cü turda öz meydanında “Berliner”lə qarşılaşıb. Görüş həmyerlimizin komandasının 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. “Dinamo”nun yeganə qolunu Rüfət Dadaşov vurub. O, 44-cü dəqiqədə penaltidən fərqlənib. Bu, Dadaşovun cari mövsüm 10-cu qoldur.

 

“Dinamo” hazırda 25 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Xəbər xətti