"Kəpəz" qələbə qazandı , "Zirə" "Qəbələ"ni məğlub etdi - YENİLƏNİB

18:59 28 Oktyabr 2017

Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, bu gün turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında "Keşlə" yeni adıyla (keçmiş "İnter") "Kəpəz"i qəbul edəcək. Günün digər oyununda isə "Zirə" "Qəbələ"ni qəbul edəcək.

 

Tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası, 10-cu tur

28 oktyabr

15:00 İnter - Kəpəz 0-2

Qol. Viktor Osoqeyl, 15. İlyas Səfərzadə, 64.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. “İnter Arena”.

 

17:00 Zirə - Qəbələ 2-1

Qollar: Milan Duriç, 18-p. Sadio Tounkara, 38 - Famussa Kone, 71.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Vüsal Əliyev
Zirə. İdman kompleksinin stadionu.

 

29 oktyabr

18:00 Neftçi - Sumqayıt
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. 8-ci km stadionu.

 

27 oktyabr

19:00 Qarabağ - Səbail 1:0

Qol: Əfran İsmayılov, 90.

Qırmızı vərəqə: Ansi Aqolli, 43


Digər xəbərlər

Xəbər xətti