AFFA "Çelsi"nin sabiq məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA

11:14 28 Oktyabr 2017

Robert Prosineçkinin gedişindən sonra boşalan Azərbaycan milli komandasının baş məşqçi postuna AFFA-nın gətirmək istədiyi mütəxəssisin adı məlum olub.
 

Sportarena.az xəbər verir ki, millimizə italiyalı mütəxəssis Roberto Di Matteo rəhbərlik edə bilər. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb. İtaliyalı həmkarlarımız iddia edirlər ki, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb. Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil.
 
Xatırladaq ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin "Çelsi" komandasıyla birlikdə qazanıb. Onun rəhbərliyi altında "zadəganlar" 2011-2012 mövsümündə Çempionlar Liqasının qalibi olublar. Abramoviçin milyonlar xərclədiyi London klubu üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin "Çelsi"dən sonra Almaniyanın "Şalke" (2014-2015) və İngiltərənin "Aston Villa" (2016) komandalarına da rəhbərlik edib.


Xəbər xətti