Rəhman Hacıyev: "Sumqayıt"la oyunda azarkeşlərin dəstəyi çox önəmlidir" - AÇIQLAMA

11:46 28 Oktyabr 2017

“Qələbə qazanmaq çox gözəl bir şeydir. Komanda yaxşı vəziyyətədədir. Bu oyun bizim üçün daha önəmlidir.Çünki qalib gəlsək, 4-cü pilləyə yüksələcəyik. Bundan əlavə komandada əhval-ruhiyyə yaxşıdır. Kollektiv daha yaxşıdır. İnşallah qələbə qazanarıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqanın 10-cu  turunda "Sumqayıt"la oyun öncəsi klubun "youtube" kanalına deyib. O, ən çox azarkeşlərin üzünü güldürdükləri üçün sevindiklərini bildirib:

 

"Onlar həmişə pis və ya yaxşı günümüzdə yanımızda olublar. Sağ olsunlar. Bu oyunda da onlardan çox şey aslıdır. Onlar bizim üçün 12-ci nəfərdirlər. Bizim üçün azarkeşlərin dəstəyi çox önəmlidir. "Sumqayıt"la görüşdə də onları gözləyirik. İnşallah, azarkeşləri sevindirərik".

 

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı sabah keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti