"Barselona"da ciddi itki - Bu gün oynamayacaq

12:03 28 Oktyabr 2017

"Barselona"nın futbolçusu Andres İnyesta La Liqanın 10-cu turunda "Atletik"ə qarşı oyunu buraxacaq.

 

Sportarena.az, buna səbəb onun zədələnməsidir. Ombasından problem yaşayan 33 yaşlı yarımmüdafiəçi son günlər məşqlərdə iştirak etmir. Onun Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"a qarşı oynayıb-oynamayacağı dəqiq deyil. İniesta ən yaxşı halda 1 həftə meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, A.İnyesta bu mövsüm 12 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti