"Keşlə"nin iki futbolçusu Tərlan Əhmədovun transfer siyahısında - ÖZƏL

12:24 28 Oktyabr 2017

Son 3 turda ardıcıl qələbələr qazanaraq vəziyyətini müəyyən qədər yaxşılaşdıran "Neftçi" artıq indidən qış transfer pəncərəsinin planlarını cızmağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçi postuna təyin edilən Tərlan Əhmədov komandanı artıq toparlaya bilib. O, eyni zamanda çatışmazlıqlardan da xəbərdardır.

 

Əldə etdiyimiz məlumata görə, qış fasiləsi zamanı "Neftçi"nin heyətində bir neçə ciddi dəyişikliklər baş verəcək. Komandadan bir neçə futbolçu göndəriləcək. Onların əvəzinə isə daha yaxşıları komandaya cəlb ediləcək.

 

 

Artıq bu futbolçulardan ikisinin adı məlumdur. Söhbət "Keşlə"nin (keçmiş "İnter) yarımmüdafiəçisi Nizami Hacıyev və müdafiəçi Tərlan Quliyevdir. Əhmədov yaxından tanıdığı və potensiallarına bələd olduğu hər iki futbolçunu ixtiyarında görmək istəyir. Artıq "Neftçi" Hacıyevin transferi ilə bağlı hərəkətə keçib. Yaxın günlərdə Quliyevlə də bağlı məsələ tam dəqiqləşəcək.

 

 

"Keşlə"nin mövcud vəziyyətini nəzərə alan "Neftçi" rəhbərliyi bu futbolçuların qarşılığında müəyyən qədər pul və iki futbolçu təklif etməyi planlaşdırır. Çox güman ki, təklif ediləcək futbolçular Tərlan Əhmədovun planlarına daxil olmayanlar olacaq.

 

Bu məsələ ilə bağlı "ağ-qaralar"ın mövqeyini də öyrəndik. Klubdan saytımıza bildirildi ki, hələlik transfer məsələləri gündəmdə deyil və hamının diqqəti qarşıdakı vacib oyunlara yönəlib.


Digər xəbərlər

Xəbər xətti