"Nyukasl" uduzdu - YENİLƏNİB

03:40 31 Oktyabr 2017

Bu gün İngiltərə Premyer Liqasında 10-cu tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Mançester Yunayted” “Tottenhem”i qəbul edəcək. Eyni xala malik olan və turnir cədvəlində 2-3-cü pillələri bölüşən komandaların “Old Trafford”dakı dueli turun mərkəzi matçı hesab edilir.

 

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” də bu gün meydana çıxacaq. Antonio Kontenin yetirmələri turnir cədvəlində sondan ikinci pillədə qərarlaşmış “Bornmut”un qobağı olacaq.

 

Lider “Mançester Siti” isə səfərdə “Vest Bromviç”lə üz-üzə gələcək.

 

İngiltərə Premyer Liqası, 10-cu tur

28 oktyabr

15:30 Mançester Yunayted - Tottenhem 1:0
18:00 Arsenal - Suonsi 2:1
18:00 Kristal Pelas - Vest Hem 2:2
18:00 Liverpul - Haddersfild 3:0
18:00 Uotford - Stok Siti 0:1
18:00 Vest Bromviç - Mançester Siti 2:3
20:30 Bornmut - Çelsi 0:1

 

29 oktyabr

16:30 Brayton - Sautqempton 1:1
19:00 Lester - Everton 2:0

 

30 oktyabr

23:00 Bernli - Nyukasl 1:0


Digər xəbərlər

Xəbər xətti