"Qarabağ" uduzdu

10:15 29 Oktyabr 2017

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Karabakh”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Vyana “Austriya”sının həvəskarlardan ibarət komandası ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Futbolçularımıza gəlincə, Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə yenə oynamayıb.

 

“Karabakh” hazırda 26 xalla 17 komanda arasında 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti