Boksçumuz erməniyə qalib gəlib, Avropa çempionu oldu

Sportarena.az      29 Oktyabr 2018, 10:35

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion tituluna yiyələnib. Finala kimi 3 qarşılaşmasını nokautla aktivinə yazan boksçumuz həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub. 
 
Millimizin digər üzvü Amin Kuşkov (75 kq) isə final görüşündə rusiyalı Daniel Teterevlə qüvvəsini sınayıb. Gərgin keçən qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından idmançımız gümüş medala layiq görülüb.
 
Komandamızın heyətində Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə Avropa birinciliyini bürünc medalla başa vurublar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin