İngiltərə dünya çempionu oldu - VİDEO

11:21 29 Oktyabr 2017

Gənclər arasında dünya çempionatı yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, final qarşılaşmasında İspaniya ilə İngiltərə üz-üzə gəlib. Oyunun əvvəli İspaniyanın üstünlüyü ilə keçib. İspanlar startda 2 top fərqi ilə irəli çıxıblar.

 

İngiltərə ilk hissənin sonlarında qollardan birinin əvəzini çıxıb. İkinci yarı isə tamamilə İngiltərənin üstünlüyü şəraitində keçib. İngilislər daha 4 qol vurub 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu olublar.

 

İngiltərə 1985-ci ildən keçirilən turnirdə ilk dəfə çempion olub. 3-cü yer uğrunda qarşılaşmada Braziliya Maliyə qalib gəlib - 2:0.

 

 


Digər xəbərlər

Xəbər xətti