"Neftçi" "Sumqayıt"a da qalib gəldi - YENİLƏNİB

19:55 29 Oktyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, bu gün turun son oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib.Ardıcıl 3 matçda qələbə qazanan "ağ-qaralar" bu dəfə də eyni uğura imza atıb.

 

Azərbaycan Premyer Liqası, 10-cu tur

29 oktyabr

18:00 Neftçi - Sumqayıt 2:1

Qol: Mirabdulla Abbasov, 3.
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. 8-ci km stadionu.

 

Neftçi: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov

 

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 97. Elnur Cəfərov, 17. Rəhman Hacıyev, 23. Tərzin Cahangirov, 9. Uqo Barqas, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 12. Daniel Seqovia

 

Baş məşqçi: Tərlan Əhmədov

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

 

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov

 

Baş məşqçi: Samir Abasov


 

27 oktyabr

19:00 Qarabağ - Səbail 1:0

Qol: Əfran İsmayılov, 90.

Qırmızı vərəqə: Ansi Aqolli, 43

 

28 oktyabr

15:00 İnter - Kəpəz 0:2

Qol. Viktor Osoqeyl, 15. İlyas Səfərzadə, 64.

 

17:00 Zirə - Qəbələ 2:1

Qollar: Milan Duriç, 18-p. Sadio Tounkara, 38 - Famussa Kone, 71.

Qırmızı vərəqə: Cavid Hüseynov, 43.


Xəbər xətti