Ronaldo doğulacaq qızının adını açıqladı

14:22 29 Oktyabr 2017

 

“Real”ın futbolçusu Kriştiano Ronaldo yaxın vaxtlarda 4-cü dəfə ata olacaq.

 

Sportarena.az xəbər verir ki, Ronaldo bu dəfə qız atası olacaq. O, gələcək qızının adını da açıqlayıb. Portuqaliyalı futbolçu “instagram”da canlı yayım zamanı bu barədə məlumat verib. Ronaldo yaxın zamanlarda doğulacaq qızını Alana Martina adlandırıb.

 

Ronaldonun 2 oğlu, 1 qızı var. Onun ilk 3 övladını surroqat ana dünyaya gətirib. Kriştianonun 4-cü övladının anası Corcina Rodrigesdi.


Digər xəbərlər

Xəbər xətti