Xuanfran: “Qarabağ”la oyunda hər şey tam fərqli olacaq”

14:37 29 Oktyabr 2017

 

İspaniya La Liqasının 10-cu turunda evdə “Vilyarreal”la heç-heçə edən (1:1) “Atletiko”nun müdafiəçisi Xuanfran oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında qol fürsətlərindən az yararlanmaları barədə danışıb. O, komandanın hücumçularının öz üzərlərində çox çalışdıqlarını, Çempionlar Liqasının “Qarabağ”la oyununda hər şeyin tam fərqli olacağına inandığını bildirib:

“Bu oyun “Çelsi” və “Barselona” ilə qarşılaşmalardakı kimi olmadı. Bu qarşılaşmada müdafiədə də diqqətli oynadıq. Nəinki ikinci, hətta daha artıq qol vura bilərdik. Bu gün biz qələbəyə layiq idik. Bir az dəqiq oynasaydıq, böyük hesabla da qalib gələ bilərdik. Hücumçularımıza inanırıq, çünki onların hər gün necə çalışdıqlarını görürük. Əminəm ki, çərşənbə axşamı onlar öz hədəfinə çatacaq və “Qarabağ”la oyunda hər şey tam fərqli olacaq”.

 

“Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi. Bu komandalar arasında Bakıda keçirilmiş oyun qolsuz bərabərliklə nəticələnmişdi.

 

“Atletiko” - “Qarabağ” oyunu oktyabrın 31-də, Bakı vaxtıyla saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti