Futbolçumuz ikinciliyə sevindi

15:16 29 Oktyabr 2017

Futbol üzrə Latviya birinci Liqasında 2017-ci il mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - “Olayne” də son matçına çıxıb. Sözügedən klub həlledici turda səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb.

 

“Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz bu dəfə fərqlənə bilməyib. Vüqar mövsümü 19 qolla bombardirlər siyahısında ikinci pillədə başa vurub. O, yalnız çempionu “Valmiera”nın 27 qol vuran forvardı Alvis Dubovdan geri qalıb.

“Olayne” də mövsümü 48 xalla 12 komanda arasında 2-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti