"Qarabağ"ın gəncləri isveçrəlilərə tapşırıldı

18:30 29 Oktyabr 2017

“Qarabağ”ın U-19 komandasının Gənclər Liqasında “Atletiko”ya qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər idarə edəcək. Matçın baş hakimi Stefan Klossner olacaq. Qaydalara görə, dördüncü hakim funksiyasını meydan sahibi ölkənin təmsilçisi - İspaniyadan olan referi yerinə yetirəcək.

 

UEFA Gənclər Liqası: C qrupu, 4-cü tur

31 oktyabr

15:00 Atletiko (Madrid) - Qarabağ
Baş hakim: Stefan Klossner
Yan xətt hakimləri: Remi Zqargen, Efe Kurnazca (hamısı İsveçrə)
Ehtiyat hakim: Valentina Qomez (İspaniya)
UEFA nümayəndəsi: Neyl Morrou (Hollandiya)
Hakim inspektor: Manuel Diaz Veqa (İspaniya)


Xəbər xətti