Tərlan Əhmədov: “Bu futbolçularla işlədiyim üçün qürur duyuram”

22:04 29 Oktyabr 2017

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında 10-cu turun “Sumqayıt” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, bunları deyib:

 

“İlk olaraq azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə dəstək olub gözəl atmosfer yaratdılar. Fanatlarımızın komandanın oyunundan aldığı zövq bizi sevindirir, işimizi daha da istəkli yerinə yetiririk. “Kəpəz”lə Gəncə qələbəsindən sonra ən ağır qarşılaşmalarımızdan birinin “Sumqayıt”la olacağını vurğulamışdım. Çünki bu komanda meydanda çox işgüzardır. Amma bəzi zəif cəhətləri var ki, onların da üzərində işləmişdik. “Sumqayıt” adətən son 20-25 dəqiqə ərzində müdafiəyə çəkilir ki, biz isə bundan istifadə edib hücumu gücləndirdik və bəhrəsini gördük. Hər iki komandanın ifasında gözəl oyun izlədik. Mübarizə aparıb əzmkarlıq göstərərək qələbə qazandıq. Buna görə oyunçulara təşəkkür edirəm. Bu futbolçularla işlədiyim üçün qürur duyuram”.


Digər xəbərlər

Xəbər xətti