"İnter"in yeni baş məşqçisinin adı açıqlandı - Qış fasiləsinə qədər

12:41 30 Oktyabr 2017

 

“Keşlə” klubunun məşqçi heyətində kadr dəyişikliyi barədə məlumat vermişdik. Belə ki, bir neçə gün əvvəl “İnter” adını “Keşlə”yə dəyişən klubda gürcü mütəxəssis Zaur Svanadze ilə yollar ayrılmışdı.

 

Sportarena.az xəbər verir ki, artıq “Keşlə”nin yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Klubun bununla bağlı yaydığı xəbərdə belə deyilir:

 

“Klub rəhbərliyinin qərarına əsasən, əvəzedici heyət üzrə koordinator Ramiz Məmmədov qış fasiləsinədək əsas komandanın baş məşqçi vəzifəsini icra edəcək”.

 

Məmmədovun Svanadzeni əvəz edəcəyi əvvəldən də gözlənilirdi, sadəcə, işin rəsmiləşməsi qalmışdı.


Xəbər xətti