Mikayıl Nərimanoğlu "Kəpəz"dən getdi

12:58 30 Oktyabr 2017

“Kəpəz”də struktur dəyişikliyi olub.

 

Sportarena.az xəbər verir ki, “Kəpəz” klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədiylə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Nərimanoğlu (Quliyev) geri çağırılıb.

 

“Kəpəz”in Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti