"Neftçi"nin 197 günlük kabusu bitdi

15:24 30 Oktyabr 2017

“Neftçi”nin ev oyunlarındakı qələbə həsrəti sona çatıb. Paytaxt klubu Topaz Premyer Liqasındakı uğursuz seriyanı 10-cu turda qırıb.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən bakılılar 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb.

 

Mövsümdə ilk dəfə öz meydanında qalib gələn “ağ-qaralar”ın son uğuru aprelin 15-də qeydə alınmışdı. AZAL-ı 4:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 4 ev oyununda uğursuzluq zolağına düşmüşdü. “Qarabağ”a ötən mövsümün sonunda 1:2, cari çempionatın startında 1:3 hesabı ilə uduzan “ağ-qaralar” “Kəpəz”lə qolsuz heç-heçə edib, “Zirə”yə də yenilmişdi - 1:2.

 

Qeyd edək ki, öz meydanındakı 4 oyunluq qələbəsizliyə son qoyan paytaxt klubu ümumilikdə ardıcıl 4-cü dəfə qalib gəlib.


Xəbər xətti