Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

15:40 30 Oktyabr 2017

“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turunda qarşılaşacağı “Ateltiko”yla oyunun hazırlıqlarını başa vuracaq.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla saat 18:30-da ( Bakı vaxtıyla 21:30) qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

 

Təmsilçimiz saat 19:00-da ( Bakı vaxtıyla 22:00) oyunöncəsi son məşqini edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


Xəbər xətti