PFL prezidenti tələb etdi - "PSJ araşdırılsın"

15:57 30 Oktyabr 2017

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas Fransanın PSJ klubunu tənqid edib.

 

Sportarena.az xəbər verir ki, İspaniya mətbuatına danışan Tebas Paris klubunun Neymar və Kilian Mbappe kimi transferlərinin araşdırılmalı olduğunu bildirib. Liqa rəhbəri həmçinin, PSJ-nin UEFA-nın maliyyə feyr-pley qaydalarına hörmətsizlik etdiyini də deyib:

 

“UEFA bu qaydaları hər kəs üçün qoyub. Hansısa istisna ola bilməz. Siz bir transfer dövründə 400 milyon avronu keçən transferlər edirsizsə və satdığınız futbolçuların qiyməti buna heç yaxın da gəlmirsə, deməli, bu işdə nəsə problem var. Biz La Liqa olaraq PSJ-nin araşdırılmasını tələb edirik! Bir qayda varsa, ona əməl etməlisiz. Qorxuram ki, PSJ-nin rəhbərliyi hansısa hiyləyə əl atır”.


Xəbər xətti