"Neftçi" "Sumqayıt"a qalib gəldi

17:11 30 Oktyabr 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında 10-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda "Qarabağ" doğma meydanda "Səbail"lə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.

İkinci oyun günündə iki görüş keçirilib. "Zirə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. 7 qolun vurulduğu oyunda qonaqlar darmadağına seviniblər. Günün digər matçında isə "Keşlə" "Kəpəz"i 2 cavabsız qolla yenib.

 

Turun son matçında "Neftçi" "Sumqayıt"la qarşılaşıb. Oyun "ağ-qaralar"ın minimal hesablı qələbəsiylə bitib.

 

Əvəzedicilər, 10-cu tur

28 oktyabr

Qarabağ - Səbail 0:1

Qol: Pərviz Qaraxanov, 40.

 

29 oktyabr

Zirə - Qəbələ 1:6
Qol: Elçin Əliyev, 86 - Roman Hüseynov, 18. Rövlan Muradov, 25; 72. Alen Askerov, 31. Səid İbadov, 43. Ravil Yusifli, 76.

 

Keşlə - Kəpəz 2:0
Qol: Asif Vəliyev, 49. Vüqar Həsənov, 53.

 

30 oktyabr

Neftçi - Sumqayıt 1:0

Qol: Pavel Dreksa, 69.


Xəbər xətti