"Kəpəz"də ciddi itki - Diniyev sıradan çıxdı

18:28 30 Oktyabr 2017

“Kəpəz”in “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən futbolçusu Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.

 

Klubun tibb personalından verilən məlumata görə, futbolçu təxminən 20-25 gün məşq edə bilməyəcək. Diniyevin sağ dizi burxulub. Bundan əlavə, menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə var.


Xəbər xətti