"Zirə" - "Neftçi" matçının vaxtı açıqlandı

10:31 31 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 11-ci turunda keçiriləcək "Zirə" - "Neftçi" oyununun başlama saatı müəyyənləşib.

 

Sportarena.az "Zirə"nin saytına istinadən xəbər verir ki, matç noyabrın 5-i saat 17:00-da başlayacaq. Görüş Zirə İdman Kompleksində keçiriləcək.

 

Qeyd edək ki, hazırda "Zirə" 21 xalla 2-ci, "Neftçi" isə 13 xalla 4-cü pillədə qərarlaşıb 


Digər xəbərlər

Xəbər xətti