"Qarabağ" Madriddən 1 xall qayıdır - YENİLƏNİB

01:38 1 Noyabr 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna start veriləcək.

 

Sportarena.az xəbər verir ki, C qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri səfərdə “Atletiko”nun qonağı olacaq. Bakıda keçirilən matçda rəqibi ilə heç-heçə edərək (0:0) turnirdə ilk xalını qazanan “köhlən atar” çətin Madrid səfərindən də ən azı bir xalla qayıtmağı arzulayır.

 

Ancaq zədə və cəza səbəbindən bir neçə üzvünün xidmətindən istifadə edə bilməyəcək “Qarabağ” üçün bu, çox çətin olacaq. Cari mövsümdə cəmi bir dəfə məğlub olsa da, son oyunlarda qələbəyə həsrət qalan “Atletiko” isə Ağdam klubuyla matça dönüş nöqtəsi kimi baxır.

 

Qarşılaşma bu gün saat 23:45-də start götürəcək.

 

Çempionlar Liqası, qrup mərhələsi: C qrupu

31 oktyabr

23:45 Atletiko (İspaniya) - Qarabağ (Azərbaycan) 1:1

Qollar: Tomas Partey 56 - Miçel, 40.

Qırmızı vərəqələr: Stefan Saviç, 88 - Pedro Enrike, 59.

Hakimlər: Deniz Aytekin, Qvido Kleve, Markus Hakker, Eduard Beytinger 

Əlavə köməkçi hakimlər: Daniel Zibert, Benjamin Brand (hamısı Almaniya) 

Madrid. “Vanda Metropolitano” stadionu

 

Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Niges, 11. Anxel Korrea, 14. Qabi (k), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro
 
Ehtiyat oyunçular: 1. Migel Anhel Moyya, 9. Fernando Torres, 12. Auqusto Fernandes, 19. Lukas Ernandes, 16. Şime Vrsalko, 22. Nikolas Qaytan, 24.Xose Mariya Ximenes 
 
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev
 
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana


Xəbər xətti