UEFA-dan sərt cəzalar

11:22 31 Oktyabr 2017

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Köln" və Skenderbeu klublarını cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, "Köln" "Arsenal"la səfər matçı zamanı alman azarkeşlərin pirotexnikadan istifadə etməklə stadiona zərər yetirməsi səbəbindən cərimələnib. Bundesliqa klubu UEFA bayrağı altında keçiriləcək növbəti 2 oyunda azarkeş dəstəyindən də məhrum olunub. "Köln" Avropa Liqasında noyabrın 2-si BATE-ni qəbul edəcək. Cəza üçün 2 il sınaq müddəti təyin olunub. "Köln" 30 gün ərzində "Arsenal"la əlaqə saxlayaraq "Emirates"ə dəyən ziyanı ödəməlidir.

 

"Skenderbeu" isə "Partizan"la oyunda (0:0) baş verənlərə görə cəzalandırılıb. Bu, alban azarkeşlərin qadağan olunmuş mahnılar oxuması, irqçi şüarlar və pirotexniki vasitələrdən istifadə etməsi ilə əlaqədardır. "Skenderbeu"nun Avroliqada növbəti matçında azarkeş lər iştirak etməyəcək.

 

Qeyd edək ki, hər iki klub 60 min avro cərimə ödəməli olacaq.


Digər xəbərlər

Xəbər xətti