"Roma" "Çelsi"yə divan tutdu, PSJ pley-offda - YENİLƏNİB

01:47 1 Noyabr 2017

Bu gün Çempionlar Liqasında 4-cü turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki A, B, C və D qruplarında növbəti oyunlar keçiriləcək.

 

C qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” səfərdə “Atletiko” ilə üz-üzə gələcək. Qrupun digər oyununda isə “Roma” “Çelsi”ni qəbul edəcək.

 

B qrupuna başçılıq edən PSJ artıq bu turda 1/8 finala vəsiqəni təmin edə bilər. Qrupda keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuran parislilər autsayder “Anderlext”lə ev matçından 3 xalla ayrılacağı təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

 

Çempionlar Liqası, qrup mərhələsi

31 oktyabr

A qrupu

23:45 Mançester Yunayted (İngiltərə) - Benfika (Portuqaliya) 2:0

23:45 Bazel (İsveçrə) - ÇSKA (Rusiya) 1:2

 

B qrupu

23:45 Seltik (Şotlandiya) - Bavariya (Almaniya) 1:2

23:45 PSJ (Fransa) - Anderlext (Belçika) 5:0

 

C qrupu

23:45 Atletiko (İspaniya) - Qarabağ (Azərbaycan) 1:1

23:45 Roma (İtaliya) - Çelsi (İngiltərə) 3:0

 

D qrupu

23:45 Olimpiakos (Yunanıstan) - Barselona (İspaniya) 0:0

23:45 Sportinq (Portuqaliya) - Yuventus (İtaliya) 1:1


Xəbər xətti