"Real"da 4 ciddi itki

16:30 31 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Tottenhem”in qonağı olacaq “Real” ingilislər önünə itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi hotspurlularla qarşılaşmada zədəli olan futbolçuları - Qaret Beyl, Rafael Varan, Keylor Navas və Dani Karvahalın xidmətindən istifadə edə bilməyəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

 

“Tottenhem” - “Real” oyunu noyabrın 1-də, saat 23:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti