"Atletiko" - "Qarabağ" matçı neçə ölkədə yayımlanacaq?

17:15 31 Oktyabr 2017

Bu gün "Qarabağ" Çempionlar Liqasında 4-cü oyununu keçirəcək.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu ötən tur Bakıda heç-heçə (0:0) oynadığı "Atletiko"nun qonağı olacaq.
 
Madriddə baş tutacaq qarşılaşma bütün dünyanın diqqət mərkəzində olacaq. Belə ki, görüş ümumilikdə 84 ölkədə onlarla telekanal vasitəsi ilə canlı yayımlanacaq. Dünyanın ən böyük media quruluşları "Atletiko" - "Qarabağ" matçını tamaşaçılarına təqdim edəcək. 
 
Azərbaycanda qarşılaşmanı həmişəki kimi Az.TV yayımlacaq. İspaniyada tamaşaçıların daha çox seçim imkanı var - Bein Sports İspaniya, Bein Sports Connect Ispaniya, Movistar+.
 
"Qarabağ"ın oyunu qonşu ölkələrdə də canlı yayımlanacaq. Belə ki, Türkiyə görüşü tamaşaçılara Tivibu Spor 2, Rusiyada Matç TV 3, İranda Bein Spors Connect Arabia, Bein Sports Arabia 7 HD kanaları təqdim edəcək.
 
"Atletiko" - "Qarabağ" oyununu yayımlayacaq kanalların siyahısını təqdim edirik.


Digər xəbərlər

Xəbər xətti