“Qəbələ” “Səbail”lə oyuna hazırlaşır

18:41 31 Oktyabr 2017

“Qəbələ” Azərbaycan Premyer Liqasının XI turunun hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə evdə keçiriləcək qarşılaşmaya hazırlığı oktyabrın 30-da başlayıb.



X turun “Zirə” ilə səfər matçından (1:2) sonra birgünlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. Roman Qriqorçukun yetirmələri məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Zədədən dönən İlqar Qurbanovla Filip Ozobiç fərdi hazırlıqla kifayətləniblər.


 
Xatırladaq ki, “Qəbələ” – “Səbail” oyunu noyabrın 4-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.


Xəbər xətti