“Qarabağ” Kamil Zeynallını təyyarəyə buraxmadı

11:40 1 Noyabr 2017

"Qarabağ"ın nümayəndə heyəti ilə İspaniyaya - “Atletiko” ilə Çempionlar Liqası matçına gedən müğənni Gülayın əri Kamil Zeynallı söyüşə görə cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” rəhbərliyinin istəyi ilə Kamil təyyarəyə buraxılmayıb. Belə ki, “Atletiko” ilə oyundan sonra Kamilə bildirilib ki, söyüş söydüyünə görə onlarla eyni təyyarədə gedə bilməz.

 

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin dəvəti ilə "Atletiko"- "Qarabağ" oyunu izləməyə gedən Kamil təyyarədə futbolçuların yanında canlı yayıma qoşularaq, ağır söyüşlər söymüşdü. Bu hadisə sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu və izləyicilər baş verənlərə görə klubu tənqid etmişdi.


Digər xəbərlər

Xəbər xətti