"Qarabağ" Azərbaycanın xalını rekorda çatdırdı

12:20 1 Noyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ötən gecə keçirilən oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.

 

Ötən gün Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi - "Qarabağ" növbəti oyununu keçirdi. ÇL-in qrup mərhələsi çərçivəsində 4-cü oyuna çıxan təmsilçimiz səfərdə İspaniyanın “Atletiko” klubu ilə qarşılaşdı və 1:1 hesablı heç-heçəyə nail oldu oldu.

 

“Qarabağ”ın bu heç-heçəsi ölkəmizin xal ehtiyatını zənginləşdirib. Belə ki, Ağdam klubu ölkəmizin aktivinə daha 0.250 xal yazdırıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 19.125-ə çatıb. Bu nəticə isə futbol tariximizin ən yüksək nəticəsidi.

 

Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 19.625 reytinq xalı var. Onun 4.375 xalı (2.625 "Qarabağ", 0.750 "İnter", 0.625 "Zirə", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb. Ölkəmiz 1 addım gerisində olduğu Rumıniyadan 0,725 xal geri qalır. Ən yaxın izləyicimiz İsveç isə 0,400 xal geridədi.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti