Millimiz elit-raunda vəsiqə qazandı

12:36 1 Noyabr 2017

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin IV qrupunda son qarşılaşmalar baş tutub. 
 
Sportarena.az xəbər verir ki, Ukraynanı 2:0 hesabı ilə yenən və ardınca İspaniyadan 6 cavabsız qol buraxan Vüqar Əsgərlinin yetirmələri elit-raunda yüksəlmək üçün 1 xal qazanmalıydı. Yığmamız isə meydan sahibi olan Albaniya ilə heç-heçə edib. Bununla da qapısından top keçirməmiş və ardıcıl 3-cü matçında rəqibini darmadağın etmiş İspaniyanın ardından elit mərhələyə adlayan komanda millimiz olub.

 

AÇ-2018-in ilkin seçmə mərhələsi

31 oktyabr

Albaniya - Azərbaycan 0:0


Xəbər xətti