"Neftçi" daha bir futbolçusu ilə müqaviləni yenilədi

14:56 1 Noyabr 2017

"Neftçi” futbolçu Rəhman Hacıyevlə gələn ilin yanvar ayında bitən müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu gün 2018/2019 mövsümünün sonunadək olan anlaşmanı imzalayıb.

 

Qeyd edək ki, Rəhman Hacıyev 2015-ci ildən "Neftçi”də çıxış edir.

 

Əlavə edək ki, "ağ-qaralar" daha əvvəl Uqo Barqas və İqnasio Errera ilə yeni müqavilə imzalamışdı.


Digər xəbərlər

Xəbər xətti