"Kəpəz" BOS-da başladı

15:35 1 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” Bakıda məşq edir. “Kəpəz”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olub.

 

Sabahdan Gəncə klubu çalışmalarını Bakı Olimpiya stadionunun (BOS) yardımçı meydançasında keçəcək. “Kəpəz” qarşıdakı üç günü BOS-da məşq edəcək.


Digər xəbərlər

Xəbər xətti