Pedro Enrike: "Qırmızı vərəqəyə layiq deyildim"

16:51 1 Noyabr 2017

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko"ya qarşı keçirdikləri oyundan (1:1) danışıb:

 

"Bu həftə mənim üçün çətin keçdi. Zədədən yeni qayıtmışam. "Atletiko" ilə oyunun nəticəsinə görə çox sevinirəm. Böyük uğurdur. Bizi qalib də saya bilərsiniz. İlk hissədə biz gözəl çıxış etdik".

 

59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulan braziliyalı futbolçu hakimin sərt qərar verdiyini dilə gətirib:

 

"Qırmızı vərəqə alaraq komandamı azlıqda qoyduğum üçün kədərliyəm. Hakim çox sərt qərar verdi. Hakimin idarəçiliyi haqda danışmağı xoşlamıram. Hamı səhv edə bilər. Düşünürəm ki, qırmızı vərəqəyə layiq deyildim".


Digər xəbərlər

Xəbər xətti