Miçel: "Çelsi" ilə oyuna qələbə üçün çıxacağıq"

18:14 1 Noyabr 2017

"Çelsi” ilə oyunda öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bütün gücümüzü ortaya qoyacağıq”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Madera Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər matçından (1:1) sonra deyib. “Qarabağ”ın qolunun müəllifi İspaniya mətbuatına açıqlamasında “Çelsi” ilə görüşə qələbə üçün çıxacaqlarını bildirib:

 

“Bu oyuna da qələbə üçün çıxacağıq. Uğurla çıxış edəcəyimizə inanıram. "Çelsi” və "Roma” ilə görüşlərlə pis başlanğıc etdik. Ancaq indi yaxşı addımlayırıq. Son 3 oyunumuzda 10 nəfərlə oynamışıq. Bununla belə, yaxşı müdafiə olunaraq, məğlub olmamışıq”.


Xəbər xətti