ÇL-in finalçısının məşqi baş tutmadı - Azarkeş izdihamına görə

11:16 2 Noyabr 2017

Misirin "Əl-Əhli" klubu Qahirədə keçirməli olduğu məşqini azarkeş sayının həddindən artıq çox olması səbəbindən təxirə salmaq məcburiyyətində qalıb.
 
Sportarena.az xəbər verir ki, "Əl-Əhli" Afrika Çempionlar Liqası finalının oktyabrın 28-də keçirilən birinci oyununda Mərakeşin "Vidad" kollektivi ilə 1:1-lik heç-heçə edib.
 
Liqanın qalibini müəyyən edəcək cavab matçı noyabrın 4-də Mərakeşdə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti