Aquero "Siti"nin tarixinə düşdü - Ən yaxşı oldu

12:38 2 Noyabr 2017

“Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Napoli”yə qalib gəlib - 4:2.

 

Sportarena.az xəbər verir ki, Serxio Aquero bu qarşılaşmadan sonra “Siti”nin tarixinə düşüb. Argentinalı futbolçu qarşılaşmanın 69-cu dəqiqəsində qol vurub. O, bu qolla “şəhərlilər”in tarixində ən yaxşı bombardir statusuna yüksəlib. Aquero “Siti”nin heyətində 178-ci qolunu vurmaqla, Erik Bruku geridə (177) qoyub.

 

Qeyd edək ki, Aquero “Mançester Siti”də 2011-ci ildən çıxış edir.


Xəbər xətti