"Real"ın uğurlu seriyası qırıldı

15:22 2 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Tottenhem”ə uduzan (1:3) “Real”ın uzunmüddətli seriyasına son qoyulub.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində ardıcıl 30 oyunluq məğlubiyyətsiz oyunlar seriyasının ardından nəhayət, uduzub. Madrid təmsilçisi “Tottenhem”lə səfər oyununadək keçirdiyi son 30 matçın 22-də qalib gəlib, 8-də heç-heçə etmişdi.

“Real” ÇL-in qrup mərhələsində sonuncu dəfə 2012-ci il oktyabrın 24-də, səfərdə “Borussiya”ya (Dortmund) uduzmuşdu - 1:2.


Digər xəbərlər

Xəbər xətti