Sportarena.az
21 Noyabr 2017

Qara Mxitaryanı, Almeyda Messi ilə Neymarı qabaqladı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, UEFA 4 oyundan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısını tərtib edib. Ən yaxşı göstərici "Barselona"nın futbolçusu Serxio Busketsə məxsusdur. İspaniya millisinin üzvü 406 ötürmənin 385-də dəqiq olub (95 faiz). Con Stounz, Nikolas Otamendi  ("Mançester Siti"), Joel Matip ("Liverpul"), Nemanya Matiç ("Mançester Yunayted"), Marko Verratti (PSJ), Samuel Umtiti ("Barselona"), Toni Kroos, Luka Modriç, İsko ("Real") kimi futbolçular növbəti sıralarda qərarlaşıblar. 

 

Siyahıda "Qarabağ"ın da futbolçuları var. Ən yaxşı göstərici Riçard Almeydaya məxsusdur. Millimizin üzvü 277 ötürmə edib və bunların 252-si uğurlu alınıb (91 faiz). Almeyda Marselo ("Real"), Sesq Fabreqas ("Çelsi"), Lionel Messi ("Barselona"), Cordan Henderson, Əmrə Can ("Liverpul"), Marek Hamşik, Lorenso İnsinye  ("Napoli"), Kazemiro ("Real"), Neymar (PSJ) kimi ulduz futbolçuları qabaqlayıb.

 

"Qarabağ"dan bu siyahıda Qara Qarayev də yer alıb. Milli komandamızın üzvü 227 ötürmənin 208-də dəqiq oynayıb (92 faiz). Qara Daley Blind, Henrik Mxitaryan ("Mançester Yunayted"), Aleks Sandro, Miralem Pyaniç ("Yuventus"), Andres İniesta, İvan Rakitiç ("Barselona),  Fabinyo ("Monako"), Adrien Rabio (PSJ), David Silva ("Mançester Siti"), Saul Niqes ("Atletiko") kimi futbolçuları geridə oyub.

 

Siyahıda olan "Qarabağ"ın futbolçuları bu göstəricilərə sahibdir:

Rəşad Sadıqov - 164 ötürmə, 157-si dəqiq, 96 faiz

Miçel - 165 ötürmə, 135-i dəqiq, 82 faiz

Maksim Medvedev - 138 ötürmə, 116-sı dəqiq, 84 faiz

Ansi Aqolli - 134 ötürmə, 113-ü dəqiq, 84 faiz

Yakub Jezniçak - 106 ötürmə, 96-sı dəqiq, 91 faiz

Tarix
02.11.17 [15:39]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Noyabr
20 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio