Məşhur idmançı canlı yayımda evlilik təklif etdi - VİDEO

17:57 2 Noyabr 2017

“Hyuston”un ulduz beysbolçusu Karlos Korrea maraqlı addımla gündəm gəlib.

 

Sportarena.az xəbər verir ki, Korrea dünya seriyasının final oyunundan sonra canlı yayımda qarşılaşma ilə bağlı fikirlərini bildirib. O, oyun barədə danışarkən, qəflətən mövzunu dəyişərək, sevgilisinə - Texas gözəli Daniel Rodrigesə evlilik təklif edib. Rodriges bu təklifdən şoka düşüb. O, beysbolçunun təklifinə “hə” cavabı verib.

 

“Hyuston” dünya seriyasının 7-ci oyununda da 5:1 hesabı ilə qalib gələrək, “Los-Anceles”i üstələyərək, ilk dəfə seriyanın qalibi olub.

 

 


Digər xəbərlər

Xəbər xətti