Qurban Qurbanov "Qarabağ" və İK-dakı işindən ayrılacaq?

11:36 3 Noyabr 2017

Bu gün Azərbaycan millisinin baş məşqçisi təyin olunan Qurban Qurbanov “Qarabağ”ın “sükanı arxasında” da qalacaq. O, həmçinin İcraiyyə Komitəsində də işini davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran AFFA prezidenti bildirib ki, 45 yaşlı mütəxəssis yığma ilə yanaşı “Qarabağ”dakı işini də davam etdirəcək.

 

Abdullayev bildirib ki, iki komandanın baş məşqçisi olması Qurbanovun İcraiyyə Komitəsindəki işinə də əngəl törətməyəcək və o, da komitə üzvlüyündə də qalacaq.


Digər xəbərlər

Xəbər xətti