"Neftçi"dən Qurban Qurbanova xüsusi təbrik - FOTO

12:20 3 Noyabr 2017

“Neftçi” Qurban Qurbanovu Azərbaycan millisinin baş məşqçisi təyin olunması münasibəti ilə təbrik edib.

 

Sportarena, klubun saytı vasitəsi ilə edilən təbrikdə Qurbanovun "Neftçi”nin veteran futbolçusu olması xüsusi vurğulanıb:

 

“Qurbanov 1996-1998, 2001-2005-ci illər ərzində "Neftçi” formasında 96 oyun keçirib, 69 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi olmuş Qurban Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub. Məşqçilik karyerasına 2006/2007-ci illər mövsümündə "Neftçi”də başlamış Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.

 

"Neftçi” PFK veteran futbolçumuzu Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edir, milliyə və onun yeni çalışdırıcısına uğurlar arzulayır!”

 


Digər xəbərlər

Xəbər xətti