ÇL-də 4-cü turun rəmzi komandası açıqlandı

15:45 3 Noyabr 2017

UEFA Çempionlar Liqasında 4-cü turdan sonra həftənin rəmzi komandası açıqlanıb.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi heyətdə səfərdə “Atletiko” ilə heç-heçə edən (1:1) "Qarabağ"ın heç bir futbolçusu yer almayıb. 

Əvəzində “köhlən atlar”ın ÇL-dəki rəqiblərindən "Roma"nın iki futbolçusu rəmzi komandaya daxil edilb:

 

Qapıçı: Alison Bekker (Roma);

Müdafiəçilər: Deyli Blind (Mançester Yunayted), Leven Kurjava (PSJ), Alberto Moreno, Aleksandr-Arnold (hər ikisi "Liverpul");

 

Yarımmüdafiəçilər: Ever Baneqa (Sevilya), Dele Alli (Tottenhem), Marlos (Şaxtyor, Donetsk);

 

Hücumçular: Stefan Əl Şaaravi (Roma), Neymar (PSJ), Fakunda Ferreyra (Şaxtyor).

 


Xəbər xətti