"Kəpəz" Gəncəyə gedir

10:16 4 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” bu oyuna hazırlığın Bakı hissəsini bu gün başa vurub.

 

Sportarena.az xəbər verir ki, həftənin əvvəlindən paytaxtda hazırlıq keçən “sarı-göylər”in matç öncəsi son məşqi Gəncədə olacaq. Sabah Gəncəyə gedəcək komanda görüşün keçiriləcəyi şəhər stadionunda məşqə çıxacaq.

 

Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. 


Xəbər xətti