"Bu ölkədə bir "Xəzər" var, o da Lənkəranda" - FOTO

10:32 4 Noyabr 2017

Birinci Divizionun 6-cı turu çərçivəsində baş tutan "Xəzər" - "Binə" matçı qeyri-adi etirazla yadda qalıb

Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun bir qrup fanatı tribunada yerini alaraq Bakını təmsil edən "Xəzər"ə etiraz edib. Lənkəranlı azarkeşlər birağızdan "Bu ölkədə bir "Xəzər" var, o da Lənkəranda" şüarını səsləndiriblər. Fanatlar həmçinin, "Gəmi batsa da, matroslar sağdır" yazılan pankart açıblar. (Sportfm)

 

Qeyd edək ki, "Xəzər" - "Binə" oyunu AZAL Arenada keçirilib. 

 


Digər xəbərlər

Xəbər xətti