Atdığı təpik Evraya baha başa gəldi - VİDEO

11:08 4 Noyabr 2017

"Marsel"in futbolçusu Patris Evranın Avropa Liqasının 4-cü turunda "Gimaraynş"la oyundan əvvəl  azarkeşə təpik atdığı barədə məlumat vermişdik.


Sportarena.az xəbər verir ki, atdığı təpik futbolçuya baha başa gəlib. Evra "Marsel" rəhbərliyinin qərarı ilə klubdan uzaqlaşdırılıb. Bu barəd Fransa təmsilçisinin saytı məlumat yayıb.

 

Qeyd edək ki. İsinmə hərəkəti zamanı azarkeşlərdən biri onu təhqir edib. Buna tab gətirməyən Evra həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib.

Əlavə edək ki, 36 yaşlı futbolçunu UEFA tərəfindən də ağır cəza gözləyir.

 

 


Digər xəbərlər

Xəbər xətti