Hakim "Kəpəz" - "Qarabağ" matçına "rumka" ilə hazırlaşır - FOTO

11:56 4 Noyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.

 

Sportarena.az Yenicag.az-a istinadən xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri də Gəncədə yerli “Kəpəz”lə “Qarabağ” arasında baş tutacaq. Hər iki klubun baş məşqçisi rəhbəri olduğu komandanı sözügedən matça daha yaxşı hazırlamaqla müsbət nəticə qazanmağı düşünür. Bəs, Nizaminin yurdunda keçiriləcək oyunun hakimləri necə, qarşılaşmaya motivasiya ola bilirlərmi?

 

Sizə təqdim etdiyimiz fotodan sonra qərarı özünüzün verməyinizi xahiş edirik. Şəkildə sağda “rumka”nı əlində tutan şəxs “Kəpəz” – “Qarabağ” matçının yan  xətt hakimi Yaşar Abbasovdur. FİFA referisi xəngəl mövsümünü açıq elan etməklə, həm də oyuna hazır olduğunu bildirməyə çalışır. İnanırıq ki, oyuna da “hazır” vəziyyətdə getməz…

 

Maraqlıdır ki, Yaşar Abbasovun bu fotosunu dostları sosial şəbəkədə paylaşılıb. Görünür, Abbasov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu heç vecinə də almır. Çünki Məmmədov bir müddət əvvəl açıqlamasında hakimlərin sosial şəbəkədən istifadə etmədiyini bildirmişdi. Belə çıxır ki, bu da Xaqaninin növbəti yalanlarından biridir.

 

Təbii ki, xəngəl mövsümünü açıq elan etmək, “rumka”ları toqquşdurmaq insanların şəxsi işidir. Və biz buna qarışa bilmərik. Lakin əgər FİFA referisisənsə, beynəlxalq oyunlara təyinat alırsansa, tanınan simasansa, bir qədər daha peşəkar davranmaq olar. Hələ üstüəlik təyinat aldığın oyun ərəfəsində.

 

Görəsən, Cüneyt Çakır araq, pivə ilə xəngəl mövsümünü açıq elan edib?

 

 


Xəbər xətti